Prezident onu yenidən Şuşaya xüsusi nümayəndə TƏYİN ETDİ
01 aprel 2024 14:17 (UTC +04:00)

Prezident onu yenidən Şuşaya xüsusi nümayəndə TƏYİN ETDİ

Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

# 2988
avatar

Oxşar yazılar