Pənah Hüseyn 5, Ümid 75, REAL 13, Ağ Partiya 73 namizədlə SEÇKİYƏ GEDİR
04 iyul 2024 12:26 (UTC +04:00)

Pənah Hüseyn 5, Ümid 75, REAL 13, Ağ Partiya 73 namizədlə SEÇKİYƏ GEDİR

Artıq bir çox siyasi partiyalar seçkilərə qatılacaqlarını təsdiq ediblər.

Lent.az-ın xəbərinə görə, Azərbaycan Xalq Partiyası (AXP) AR Milli Məclisinə növbədənkənar seçkilərdə AXP- nin iştirak etmək barədə qərar qəbul etdiyini yayıb. Partiya seçkilərə 5 namizədlə qatılacaq. Partiya sədri Pənah Hüseyn 70 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürəcək.

Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev partiyanın seçki hazırlığının çoxdan başladığını qeyd edib. Partiya seçkilərdə 75 namizədlə iştirak edəcək. Bu namizədlərdən artıq 60 nəfərinin dairəsi müəyyən olunub, qalan 15 nəfərin də dairəsinin müəyyən olunması işləri aparılır. Partiya sədri İqbal Ağazadə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən namizəd olacaq.

REAL partiyası seçkiyə 13, Ağ Partiya 73 nümayəndə ilə qatılacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar