O, Napoleon və Hitlerin səhvini təkrarladı:   Putinin uğursuzluğunun SƏBƏBİ
25 aprel 2022 10:36 (UTC +04:00)

O, Napoleon və Hitlerin səhvini təkrarladı: Putinin uğursuzluğunun SƏBƏBİ

Fevral ayında Rusiya Ukraynaya hücum edəndə onun hərbi rəhbərləri Ukraynanın arsenalında olan çox qeyri-ənənəvi, lakin təsirli silahı - ilin bu vaxtında keçilməz torpaq yolları görməzdən gəldilər.
 
Bu hadisə ildə iki dəfə, ilk növbədə, yazda, qış şaxtalarının başladığı və ölkənin relyefi və torpaq yollarının demək olar ki, keçilməz, palçığa çevrildiyi vaxtda, daha sonra isə leysan yağışların yağa biləcəyi payızda baş verir.
 
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hərbi ekspertlərin fikrincə, palçıqlı yollar Rusiyanın ölkənin bəzi bölgələrində, xüsusən də şimalda irəliləyişini ləngitməyə kömək edib.
 
Bu hadisə tarix kitablarından məlumdur: Napoleon Bonapartın 1812-ci ildə Rusiyaya hücumu palçıq səbəbindən ləngimişdi.  1941-ci ildə o vaxtkı Sovet İttifaqı ərazisini işğal edən Hitler ordusu da palçıq və yerli havanın yaratdığı maddi-texniki problemlərlə üzləşmişdi.
 
“Bəli, bu, ukraynalılar üçün faydalı olan taktiki xüsusiyyətdir və daha çox meşələrin olduğu şimalda xüsusilə vacib idi”, - xarici siyasət araşdırması institutunun eımi əməkdaşı Maksimilian Hess vurğulayıb.
 
Onun fikrincə, hucumdan əvvəl keçirilən hərbi təlimlərə baxmayaraq, Rusiyanın Ukraynanın şimalındakı hücumu uğursuzluqla nəticələnib və bu, “Rusiya hərbçilərinin real peşəkarlıq problemlərini” nümayiş etdirdi.
 
Hess həmçinin hesab edir ki, texnikanın çoxu bir yolla getməsəydi, palçığa qalib gələ bilərdi - bu da komandanlığın qeyri-peşəkarlığından xəbər verir.
 
“Bu, məndə əsl suallar doğurur... Ruslar təlim keçirir və təxminən on ildir ki, xarici işğal həyata keçirirlər, lakin onlar 300 il ərzində məlum problem olan palçığın öhdəsindən gələ bilməyiblər”, alim əlavə edib.
 

# 8358
avatar

Oxşar yazılar