“Minsk qrupu fəaliyyətini dayandırıb"   - Lavrov
24 iyun 2022 13:46 (UTC +04:00)

“Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov

Bu gün biz danışıqlarda prinsipcə, ATƏT-in Minsk qrupunu müzakirə etmədik. Çünki Minsk qrupu öz fəaliyyətini dayandırıb.

Lent.az-ın  APA-ya istinadla xəbərinə verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, Minsk qrupu ABŞ və Fransanın təşəbbüsü ilə fəaliyyətini dayandırıb:

“Lakin əlbəttə ki, biz postmünaqişə nizamlanması prosesini müzakirə etdik. Bu prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarıdır. Bu bəyanatlar hamı tərəfindən yerdə qalan məsələlərin həlli istiqamətində hərəkət etmək üçün əsas kimi tanınır”.

# 1365
avatar

Oxşar yazılar