"Ermənistan tərəfinin iştirakı barədə məlumat daxil olmayıb" - Hikmət Hacıyev
12 noyabr 2024 09:10 (UTC +04:00)

"Ermənistan tərəfinin iştirakı barədə məlumat daxil olmayıb" - Hikmət Hacıyev

Təəssüflə qeyd edirik ki, hələ də Ermənistanın nümayəndə heyəti COP-29-da iştirakla bağlı cavab verməyib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bütün tərəflərə dəvət göndərilib: “Burada 198 tərəf iştirak edir. Azərbaycan tərəfi Konvensiyanın üzvü olan bütün tərəflər üçün şərait yaradıb. Ermənistan tərəfi qeydiyyatdan keçirilsə də, hələ də Ermənistan tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Oxşar yazılar