Orxan Nəzərli
06 may 2021 13:15 (UTC +04:00)

Orxan Nəzərli

Dövlət Vergi Xidmətinə yeni rəhbər TƏYİN EDİLDİ - 37 yaşı var

Prezident İlham Əliyev Orxan Faiq oğlu Nəzərlinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, Prezidentin digər sərəncamı ilə O. Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib. 

Qeyd edək ki, O.Nəzərli 1984-cü ildə Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib. İş fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb. Azərbaycanda fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb. 2015-2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini olub. 2018-ci ildə Vergilər nazirinin müşaviri təyin edilib.

2019-cu ildən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi olub. Ötən il mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4722
avatar

Oxşar yazılar