Çavuşoğlundan xəbərdarlıq: “Yalançı qəhrəmanlıq etməyin”
29 dekabr 2022 13:41 (UTC +04:00)

Çavuşoğlundan xəbərdarlıq: “Yalançı qəhrəmanlıq etməyin”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Yunanıstanın Ege dənizində 12 mil irəliləməsi ilə bağlı sərt danışıb:

“Nəinki 12 mil, bir mil belə genişlənməsinə icazə verməyəcəyik. Yalançı qəhrəmanlıq dalınca qaçmayın. Bunun sonunun yaxşı olmayacağını bilirsiniz”.

Çavuşoğlu, həmçinin Fransadakı PKK terrorçularının aksiyaları ilə bağlı da açıqlama verib:

“Həmişə deyirik. Alovla oynamayın. Axırda bu özünüzü yandıracaq. Ümid edirəm ki, müttəfiqlərimiz bundan dərs çıxaracaq”.

# 1809
avatar

Sevinc Fərid

Oxşar yazılar