Azərbaycanın Təbrizdəki Baş Konsulluğu  fəaliyyətini dayndırır?
29 yanvar 2023 22:51 (UTC +04:00)

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini dayndırır?

“Əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.”

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır: “Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.

# 2595
avatar

Oxşar yazılar