Azərbaycanın İranla sərhədini qorumaq lazımdır - VİDEO
23 mart 2023 16:26 (UTC +04:00)

Azərbaycanın İranla sərhədini qorumaq lazımdır - VİDEO

"Azərbaycanın İranla çox uzun sərhədi var, onu qorumaq lazımdır".

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış zamanı bildirib.

“Bunun üçün bir sıra əsaslı səbəblər var, xüsusilə də sülhməramlı missiyalar çərçivəsində Azərbaycan və NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi olduqca vacibdir”, - Blinken dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin ABŞ Prezident Administrasiyasının Azərbaycan Ordusunun beynəlxalq hərbi təlimlərdə iştirakı üçün 700 min dollar tələb etməsi ilə bağlı təxribatçı sualını cavablandırarkən deyib.

Qeyd edək ki, senator Menendez arvadı Nadine Arslanyanın sxemi ilə erməni lobbisindən külli miqdarda pul vəsaiti almaq kimi qaranlıq əməlləri nəticəsində uzun müddətdir ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) diqqətini cəlb edib və bununla bağlı araşdırma aparılır.

Beləliklə, erməni lobbisi tərəfindən maliyyələşdirilən senatorun növbəti təxribatı fiaskoya uğrayıb.

Erməni lobbisinin cəhdlərinə və lobbidən maliyyə dəstəyi alan "cib senatorlar"ın sayının artmasına baxmayaraq, Azərbaycan və ABŞ hər iki ölkə üçün faydalı olan qarşılıqlı əməkdaşlığı davam etdirir.

# 2640
avatar

Oxşar yazılar

Putin İrəvanda  məğlub oldu

Putin İrəvanda məğlub oldu

18 mart 2024 , 19:03
İlham Əliyev Xankəndidə Novruz tonqalını yandırdı

İlham Əliyev Xankəndidə Novruz tonqalını yandırdı

18 mart 2024 , 12:31
“Toplum TV”nin QRANT QAÇAQMALÇILIĞI  - yeni detallar

“Toplum TV”nin QRANT QAÇAQMALÇILIĞI - yeni detallar

18 mart 2024 , 10:21
Prezident NATO-nun baş katibi ilə şam yeməyində

Prezident NATO-nun baş katibi ilə şam yeməyində

17 mart 2024 , 22:28
Azərbaycan və Gürcüstan liderlərinin bəyanatları - VİDEO

Azərbaycan və Gürcüstan liderlərinin bəyanatları - VİDEO

16 mart 2024 , 14:34
BAXCP-nin adı ƏHD  oldu

BAXCP-nin adı ƏHD oldu

16 mart 2024 , 13:20
Bayden İlham Əliyevi təbrik etdi

Bayden İlham Əliyevi təbrik etdi

16 mart 2024 , 11:10
Mətbuat Şurası Nurşən Quliyevi təltif etdi

Mətbuat Şurası Nurşən Quliyevi təltif etdi

15 mart 2024 , 18:18