ABŞ Konqresini bu qanun layihəsini ən erkən mərhələdə  durdurmağa   çağırırıq - BƏYANAT
27 may 2024 19:22 (UTC +04:00)

ABŞ Konqresini bu qanun layihəsini ən erkən mərhələdə durdurmağa çağırırıq - BƏYANAT

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsi bəyanat yayıb.

Lent.az xəbər verir ki, bəyanatda bildirilir:

"ABŞ Təmsilçilər Məclisinin 31 üzvünün birlikdə müəlliflik etdiyi 8141 saylı qanun layihəsi ABŞ-Azərbaycan münasibətləri tarixində ən dürüst olmayan bir sənəd kimi bölgəmizdə sülh və demokratiyaya qəsdən zərər vurmaq məqsədinə xidmət edir. Onun qəbulu dünya çapında insan haqları və demokratiyanın bayraqdarı kimi Birləşmiş Ştatlar üçün utancverici olar və ölkəmizdə demokratik irəliləyiş imkanlarını zədələyər.

Ermənistanın respublikamıza qarşı 1987-2023-cü illərin şovinist hərbi təcavüzünü haqlı çıxarmaqdan ötrü qanun layihəsində irəli sürülən yanlış, korrupsiya qoxulu iddiaları tamamən rədd edirik. ABŞ Konqresini bu qanun layihəsini ən erkən mərhələdə durdurmağa çağırırıq. ABŞ Konqresinin demokratiya dəyərlərinə qürurlu Amerika tarixində dərin kök salmış və dünyada böyük sayğı ilə yanaşılan bağlılığı bu qanun layihəsinin kirli niyyəti ilə zərbə altına qoyulub. Çünki bu layihənin məqsədi 36 illik kütləvi iztirabın ardından Azərbaycan və Ermənistanı yeni bir savaşda qarşı-qarşıya gətirmək, əlaqələrin və iş birliyinin bərpası istiqamətində son zamanlar Azərbaycan və Ermənistanın ikitərəfli qaydada nail olduğu tərəqqinin qarşısını almaqdır.

Qeyd edək ki, "Azərbaycana qarşı sanksiyalar haqqında akt-2024-cü il" - Qarabağ müharibəsindəki roluna və insan hüquqlarının pozulmasına görə 44 azərbaycanlı yüksək vəzifəli məmura qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsidir. Siyahıda Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və digər qurumların yüksək vəzifəli və rütbəli əməkdaşları var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3198
avatar

Oxşar yazılar