“Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!”
Lent.az- ın pravoslav kilsəsinə istinadən verdiyi məlumata görə, bunu bu gün səhər Bakıdakı "Jen Mironosits" pravoslav kafedral kilsəsində keçrilən pravoslav ibadətdə deyilib. Pravoslav ibadət, Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün təşkil olunub.
İbadət sosial məsafənin gözlənilməsi qaydalarına uyğun olaraq həyata keçirilib.