Elmar Məmmədyarov: “Ərəb ölkələrindəki hadisələrdən narahatıq”
0
0
Xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirlərinin Astanada keçirilən 38-ci sessiyasında çıxış edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov deyib ki, bu il bütün dünyada çox hissəsi İslam dünyasına təsir edən əhəmiyyətli siyasi proseslərlə və dramatik hadisələrlə səciyyəvi olub.
Elmar Məmmədyarov bildirib ki, çoxsaylı çağırışlar və təhdidlərlə üzləşən bir sıra İKT-yə üzv ölkələrinin hazırkı vəziyyəti dərin narahatçılıq doğurur: “Xüsusən də biz bəzi qardaş ərəb ölkələrində baş verən siyasi hadisələrdən narahatıq. Lakin biz inanırıq ki, ərəb xalqının bütün bu çağırışları dəf etmək üçün kifayət qədər siyasi iradəsi və müdrikliyi var. Biz həmçinin İKT formatı daxilində, o cümlədən ən yüksək səviyyədə, bu proseslərin müzakirələrinin vacibliyinə inanırıq. Biz bu təhdidlərə cavab verməkdən çəkinməməliyik və daha çox görüşlər keçirməliyik”.
Xarici işlər naziri Fələstin, Kəşmir və Kipr probleminə də toxunub: “Azərbaycan bir daha qardaş Fələstin xalqına onların sülh, stabillik və paytaxtı Qüds şəhəri olmaqla müstəqil Fələstin dövləti yaratmaq səylərini dəstəklədiyini bildirir. Mən Kəşmir mübahisəsinin həlli üçün edilən cəhdləri dəstəklədiyimi və Kiprli türklərin hələ də davam edən ədalətsiz təcridindən narahat olduğumu bildirmək istərdim. Eyni zamanda Azərbaycan həm də İraq, Əfqanıstan, Sudan, Somali dövlətlərinin və digər İKT-yə üzv ölkələrin bu ölkələrdə sülh, təhlükəsizlik, və stabilliyin bərpasına dair etdiyi cəhdləri dəstəkləyir”.
Elmar Məmmədyarov müsəlmanlara ağır emosional və psixoloji zərbə vurmuş islamafobiya məsələsindən də söz açıb: “Təəssüf ki, dünyanın bir sıra ölkələrində qalxmaqdadır. Yaxın illərdə bəzi ölkələrdə dözülməzliyə, ayrı seçkiliyə və İslama qarşı hücumlarla bağlı ciddi faktlar sübut edir ki, dini böhtanın və dinə nifrətin qızışdırılmasına qarşı mübarizə aparmaq lazımdır. Söz azadlığı bəhanəsi ilə dinə qarşı atılan böhtan ayrı seçkiliyin və dözülməzliyin yeni və müasir formasıdır. Sivil cəmiyyətlər olaraq, biz öz azadlığımızı ehtiyatla və beynəlxalq normalarla qəbul olunmuş parametrlər çərçivəsində həyata keçirməliyik. Biz İKT-nin bütün dinlərə qarşı böhtanın qarşısının alınmasında zəruri beynəlxalq çərçivənin yaradılması imkanlarını axtarmaq cəhdlərini ciddi dəstəkləyirik”.
Xarici işlər naziri İKİT-nin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü çatdırıb. Onun sözlərinə görə, 1 milyon azərbaycanlı öz torpaqlarından etnik təmizləmə nəticəsində qovulub, islam irsindən olan minlərlə Azərbaycan mədəni və tarixi abidələri məhv edilib, talan olunub. Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə, müvafiq BMT Təhlükəsizlik Şurasının və İKT qətnamələrinin yerinə yetirilməsinə, eyni zamanda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və Avropa Parlamenti tərəfindən qəbul edilmiş müvafiq sənədlərə və qərarlara hörmətlə əsaslanaraq bu münaqişənin sülh yolu ilə tənzimlənməsinə sadiq qalmaqdadır. O, BMT Baş Assembleyasının 2011-ci ildə 66-cı sessiyasında keçirilmiş seçkilərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü il müddəti üçün qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürdüyünü xatırladıb: “İslam dünyasının Təhlükəsizlik Şurasında təmsil olunması vacibliyi anlayışından irəli gələrək, biz İKT-yə üzv dövlətlərin Azərbaycanın namizədliyinə verəcəyi daimi dəstəyə inanırıq. Azərbaycan Şərqi Avropa Dövlətləri Qrupundan BMT Təhlükəsizlik Şurasına namizəd olan ölkələr arasında yeganə ölkədir ki, Avropa İttifaqının üzvü deyil və heç bir siyasi və ya hərbi ittifaqa mənsub deyildir. Biz Qoşulmama Hərəkatının tam hüquqlu üzvüyük və BMT Nizamnaməsinin prinsip və məqsədlərinə tam əsaslanaraq müstəqil xarici siyasət yürüdürük. Oktyabrda Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasına keçiriləcək seçki zamanı Azərbaycanın namizədliyinə dəstək verməyi və BMT-dəki hörmətli səfirlərinizə müvafiq təlimatlar verilməsini xahiş edirəm”.