Gürcüstanda azərbaycanlı kəndlərinin ad problemi həll edilib
15 aprel 2011 16:48 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı kəndlərinin ad problemi həll edilib

Lent.az-ın məlumatına görə, Gürcüstan www.reestri.gov.ge dövlət reyestr saytında yerləşdirilmiş xəritələrin birində kəndlərimizin adları səhv olaraq qeyd edilsə də, bu sonradan aradan qaldırılıb.

Məlumata görə, Kvemo Kartli bölgəsinin qubernatoru David Kirkitadze, onun müavini Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov bu məsələyə aid olan dövlət strukturlarının rəhbərləri ilə görüşüb və yuxarıda qeyd edilmiş anlaşılmazlığa aydınlıq gətirilib. Daha sonra qubernatorun göstərişi ilə Marneuli rayonunun icra başçısı Zaza Dekonaidze və rayon bələdiyyə sədri İspandiyar Kərimov Gürcüstan dövlət reyestirnə rayonun həqiqi xəritəsini tədqim ediblər. Reyestr də öz növbəsində adı çəkilən saytda yerləşdirilmiş xəritədəki səhvləri düzəldib və problem aradan qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar