AMDEP-nin iki rayon təşkilatı buraxılıb - FOTO
0
0
Lent.az-ın məlumatına görə, iclasda partiya sədri Tufan Kərimin və AMDEP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Şaban Nəsirovun hesabatları dinlənilib. AMDEP Böyük Məclisi onların məruzələrini qəbul edib, kafi qiymətləndirib. Təşkilatı məsələlərə baxılaraq, partiya Böyük Məclisinin yeni rayon təşkilatlarının statusu qeyd edilib.
AMDEP Böyük Məclisinin qərarına əsasən, Partiya Nizamnaməsinin bəzi maddələrini pozduğuna, partiya daxilində pozuculuq işi apardığına görə İsmayılov Nurəddin Abbas oğlu partiya sıralarından xaric edilib. Partiyanın Xətai və Nizami rayon şöbələri Nizamnaməyə zidd olan hərəkətlərə yol verdiyinə, partiya daxilində pozuculuq işi apardığına görə buraxılıb.
AMDEP Böyük Məclisi partiyanın növbəti qurultayını keçirmək üçün Təşkilat Komitəsi yaradıb. Böyük Məclisin yığıncağında həmçinin cari məsələlərə də baxılıb.