
Prezident İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac avtomobil yolunun açılışında iştirak edib
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı yolun əvvəlki və indiki vəziyyətini əks etdirən stendə baxıb. Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev məlumat verib ki, əvvəllər Ələt-Astara magistralı ilə paralel olaraq dövlət əhəmiyyətli yol kimi istifadə edilən, Xəzər dənizinin sahili boyunca çəkilmiş 19 kilometrlik Astara-Bala Şahağac avtomobil yolu uzun müddət baxımsızlıq ucbatından və dənizin səviyyəsinin qalxması ilə əlaqədar yararsız vəziyyətə düşmüşdü. Rayonun yeddi iri yaşayış məntəqəsini əhatə edən yolun ətrafında Astara dəmir yolu stansiyası, tikilməkdə olan Astara Olimpiya İdman Kompleksi, neft və yük terminalları, həmçinin digər dövlət əhəmiyyətli obyektlər yerləşir. İndi bu avtomobil yolu müasir tələblərə uyğun yenidən qurulub, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılıb. Yolun müəyyən hissəsi Xəzər dənizinin yaxınlığından keçdiyindən 500 metr ərazidə sahil-bərkitmə işləri görülüb. Bundan əlavə, yol boyu 3 körpü və 6 suötürücü əsaslı təmir edilib, 5 avtobus dayanacağı tikilib.
Prezident İlham Əliyev Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra yolun açılışını bildirən lenti kəsib.
Dövlət başçısı Astara-Bala Şahağac avtomobil yolunda görülən işləri yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra yolun açılışını bildirən lenti kəsib.
Dövlət başçısı Astara-Bala Şahağac avtomobil yolunda görülən işləri yüksək qiymətləndirib.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29