Ermənilərin öldürdüyü Fariz Bədəlovla bağlı məsələ Avropa Parlamentində qaldırılacaq
14 aprel 2011 14:26 (UTC +04:00)

Ermənilərin öldürdüyü Fariz Bədəlovla bağlı məsələ Avropa Parlamentində qaldırılacaq

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Fuad Muradov deyib. F. Muradovun sözlərinə görə, Avropa Parlamentində təmsil olunan Milli Məclisin nümayəndə heyəti artıq bu istiqamətdə iş aparır: “Fariz Bədəlovun, ümumiyyətlə cəbhə xəttində öldürülən mülki şəxslərin və ermənilərin atəşkəsi tez-tez pozması ilə bağlı Avropa Parlamentində məsələ qaldırmaq istəyirik. Bu istiqamətdə cəhdlərimiz də var”.


F. Muradov qeyd edib ki, sədri olduğu Azərbaycan Gənclər Təşkilatları Milli Şurası isə Avropa Gənclər Forumunun üzvüdür. Bu istiqamətdə də əhəmiyyətli addımlar atılmaqdadır: “Bu ilin mayında Avropa Gənclər Forumunun iclası olacaq. Biz artıq Fariz Bədəlovun ölümü və sərhəddə ermənilər tərəfindən atəşkəsin pozulması ilə bağlı öz məlumatlarımızı həmin quruma çatdırmışıq. Ümumiyyətlə fəaliyyətimiz ondan ibarətdir ki, beynəlxalq təşkilatlar baş verənlərlə bağlı qəti sözlərini desinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar