SAM-ın eksperti Rusiyada tədqiqat aparacaq
0
0
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) məsləhətçi-eksperti Heydər Mirzə aprelin 18-dən etibarən, iki həftə ərzində Rusiya Strateji Araşdırmalar İnstitutunda (RİSİ) qonaq elmi işçi qismində Şimali Qafqazda vəziyyət, Rusiya-Azərbaycan münasibətləri kontekstində Şimali Qafqazın problemləri mövzularında elmi tədqiqatlar aparmaq üçün Moskvaya gedəcək. Bu barədə Lent.az-a SAM-dan məlumat verilib.
SAM və RİSİ arasında qarşılıqlı əlaqələrin inkişafının göstəricisi olan elmi işçilərin mübadiləsinə dair anlaşma bu il martın 14-də Moskvada Rusiya Strateji Araşdırmalar İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması zamanı əldə olunub.