Deputatımız AŞ PA-da azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırdı
14 aprel 2011 10:27 (UTC +04:00)

Deputatımız AŞ PA-da azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırdı

Lent.az-ın məlumatına görə, AŞ PA-nın yaz plenar sessiyasının üçüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberqə bu məsələ ilə bağlı sual ünvanlayıb.

“AŞ məkanında ən böyük insan haqları pozuntularından biri - 15 ildən artıqdır, öz evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən tapdanan haqlarının bərpası istiqamətində insan haqları komissarı kimi hansı işləri görürsünüz və ya görməyi planlaşdırırsınız? Bu insanların haqları Ermənistan tərəfindən kobud şəkildə pozulmaqda davam edir. Bundan başqa, bu il martın 8-də Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun 9 yaşlı sakinini - Fariz Bədəlovu öz evlərinin həyətlərində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetirib. Tək övladını itirmiş ana Sizdən bir insan haqları komissarı kimi bu cinayəti törədənlərin cəzasını alması istiqamətində dəstək gözləyir” – deyə, Paşayeva soruşub.

Tomas Hammarberq cavabında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli humanitar problemlər və insan hüquqlarından irəli gələn məsələlərlə fəal məşğul olmağa imkan verəcək: “Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, hesab edirəm ki, bu problemin yeganə həlli siyasi və dinc yolla həllidir. Beynəlxalq ictimaiyyət də qəbul edir ki, bu münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Bunun məsuliyyəti ilk növbədə Minsk Qrupu üçlüyünün üzərinə düşür. Ümid edirəm ki, münaqişənin həllindən sonra artıq humanitar problemlər və insan hüquqlarından irəli gələn məsələlərlə məşğul ola biləcəyik. Son vaxtlar həmsədrlər fəaliyyətlərini gücləndiriblər. Amma münaqişənin sülh yollu ilə həlli, eləcə də insan hüquqlarının vəziyyəti də ilk növbədə tərəflərin siyasi iradəsindən asılıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar