Səfər Əbiyev cəbhə xəttinə gedib
13 aprel 2011 15:45 (UTC +04:00)

Səfər Əbiyev cəbhə xəttinə gedib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev aprelin 12-də cəbhənin Ağdam hissəsində olub.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir rayon ərazisindəki hərbi hissələrə baş çəkib, şəxsi heyətlə görüşüb. Döyüş hazırlığının vəziyyəti ilə tanış olan S. Əbiyev səngərlərə də baş çəkib.

Düşmən mövqelərini müşahidə edən nazir Silahlı Qüvvələrin döyüş hazırlığından razı qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar