Həmsədrlər Klintonla görüşəcəklər
0
0
Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib. Görüş yaxın həftələr ərzində Vaşinqtonda keçiriləcək. Həmsədrlər dövlət katibini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair danışıqlar barədə məlumatlandıracaqlar.
Xatırladaq ki, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasie və İqor Popov regionda səfərdədir. Aprelin 11-də Ermənistanda danışıqlar aparan həmsədrlər dünən Azərbaycanın işğal altında olan ərazilərindəki separatçı rejimin rəhbərliyi ilə görüşüblər. Bu gün isə vasitəçilər Ağdam istiqamətində qoşunların təmas xəttini keçərək Bakıya gələcəklər. Həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.