Davudoğu: “Türkiyə hər zaman Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalına qarşı çıxıb”
Lent.az-ın məlumatına görə, bu fikirləri AŞPA-nın yaz sessiyasının ikinci iş günündə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu avroparlamentarilər qarşısında çıxışından sonra Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavabında deyib.
Azərbaycanlı deputat sualında 9 yaşlı Fariz Bədəlovun Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi və Dağlıq Qarabağda Ermənistan tərəfindən qanunsuz aeroport tikintisi məsələsinə toxunub.
“Martın 8-də Ermənistan silahlı qüvvələri öz evinin həyətində oynayan 9 yaşlı azərbaycanlı uşaq Fariz Bədəlovu snayperlə qətlə yetiriblər. Eyni zamanda, Ermənistan AŞ-nın, AŞPA-nın qətnamələrinə zidd olaraq, işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda aeroport tikir. Nazirlər Komitəsinin sədri kimi sizin bunlarla bağlı düşüncələrinizi bilmək istərdik. Nazirlər Komitəsi Ermənistanın bölgədə vəziyyəti daha da gərginləşdirən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlara zərbə vuran bu addımlarını dayandırması istiqamətində nə etməyi düşünür?”, - Paşayeva soruşub.
Türkiyə XİN rəhbəri cavabında beynəlxalq ictimaiyyətin bu işğal faktı, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə, eləcə də regiondakı vəziyyətə lazımi diqqət və səylər göstərmədiyindən təəssüfləndiyini qeyd edib.
“AŞ Nazirlər Komitəsinin bu məsələdəki fəaliyyətinə gəldikdə, Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər barədə AŞ-nin mövqeyi var. Mən isə burada bu məsələyə Türkiyənin xarici işlər naziri kimi cavab vermək istərdim. Türkiyə hər zaman Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğal edilməsinə qarşı çıxıb. Bu işğalın ortaya çıxardığı insani faciələri dünyanın diqqətinə çatdırmağa çalışdıq. Və həqiqətən bu dondurulmuş münaqişə daha çox insani, humanitar problemlərə gətirib çıxarır. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu işğal faktı, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə, eləcə də regiondakı vəziyyətə lazımi diqqət və səylər göstərmir. Biz Türkiyə olaraq, hər zaman Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını dəstəkləmişik və hər zaman Azərbaycanın işğal olunmuş əraziləri məsələsində fəal diplomatik səylər göstərmişik. Bundan sonra da bu səyləri davam etdirəcəyik”, - Davudoğlu bildirib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29