Lalə Şövkətdən yeni əməkdaşlıq təklifi
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədrinin sözlərinə görə, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət müxalifət düşərgəsində təmsil olunan bir sıra siyasi partiyanın iştirakı ilə Müxalifətin Məsləhətləşmə Mərkəzinin yaradılması ilə bağlı təklif irəli sürüb: “Məsələ burasındadır ki, müxalifət deyəndə İsa Qəmbər və Əli Kərimli özlərini nəzərdə tutur, Lalə Şövkət isə bu iki partiyadan kənar formatı təklif edir. Fikrimcə, Müxalifətin Məsləhətləşmə Mərkəzi reallığı əks etdirə bilməyəcək. Belə hesab edirik ki, müxalifət vahid güc mərkəzi yaratmalıdır. Ona görə də bu ideyalara çox da isti baxmırıq. Bu, gələcəkdə müxalifətin daha böyük birliyinin yaradılmasına əngəl ola bilər. Yəni müxalifətin daxilindəki 2 mərkəz arasında rəqabət olacaq”.
S. Cəlaloğlu bu təklifin İP yaranandan sonra meydana çıxdığını da söyləyib. ADP sədri təklifin “Qarabağ” blokunda müzakirə edildiyini də qeyd edib: “Bizim məqsədimiz müxalifətin birliyinə nail olmaqdırsa, rəqabət şəraiti yaratmamalıyıq. Qüvvəmizin boş yerə sərf etməyin mənası yoxdur. Çalışmalıyıq ki, müxalifətin güc mərkəzini yaradaq. Hazırkı halda isə İctimai Palata müxalifətin güc mərkəzi rolunda çıxış edə bilməz. Bu baxımdan da gündəmdə müxalifətin güc mərkəzinin yaradılması ideyasının reallaşdırılması məsələsi qalır”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29