Ümid Partiyasının Naxçıvan təşkilatının sədri aclığa başlayıb
12 aprel 2011 14:05 (UTC +04:00)

Ümid Partiyasının Naxçıvan təşkilatının sədri aclığa başlayıb

Ümid Partiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aclıq aksiyası keçirənlər Naxçıvanda insan haqlarının, mülkiyyət hüquqlarının pozulmasına etiraz edirlər. Bundan başqa, onlar 2 aprel mitinqində həbs edilənlərin buraxılmasını, ölkədə sərbəst toplaşma azadlığının bərpa olunmasını tələb edirlər. Aclıq aksiyası keçirənlərin həkim nəzarətinə götürülməsi üçün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə müraciət ediblər, lakin nazirlik heç bir cavab verməyib.

Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə və partiya yetkililəri F.Əliyevlə əlaqə saxlayıb, onun sağlıq durumundan narahat olduqlarını və onların tələblərini müdafiə etdiklərini bildiriblər. Partiyanın Rəyasət Heyəti isə Faiq Əliyevdən aclığı dayandırmasını israrla xahiş edib və mübarizəni başqa vasitələrlə davam etdirməyi tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar