Kanadadakı səfirliyimizdən Yaponiyaya dəstək konserti
11 aprel 2011 23:43 (UTC +04:00)

Kanadadakı səfirliyimizdən Yaponiyaya dəstək konserti

Konsert Azərbaycanın Kanadadakı səfirliyinin və Ottava Xalq Musiqi Festivalının birgə sponsorluğu ilə keçirilib. Səfirlikdən Lent.az-a verilən məlumata görə, konsertdə Kanada və Yaponiya musiqiçiləri çıxış ediblər. Həmçinin, Ottava və Qatino (Gatineau) şəhərlərinin merləri də konsertdə iştirak ediblər.

Konsertdə iştirak edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev yerli “Rogers” telekanalına müsahibə verib. Telekanalın qeyd olunan konsertdə səfirliyin iştirakı ilə bağlı sualını cavablandıran səfir bu kimi faciələrdə ölkələrin tək yox, bütün beynəlxalq ictimaiyyətin bir-birinə köməklik göstərməsinin vacibliyini qeyd edib və ölkəmizin Yaponiyaya 1 milyon ABŞ dolları həcmində yardım etdiyini diqqətə çatdırıb.

Eyni zamanda, müsahibə çərçivəsində səfir 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizdə 1 milyon qaçqının yardıma ehtiyac duyduğu və ümumən humanitar böhran zamanı bir sıra dövlətlərin, o cümlədən Yaponiyanın Azərbaycana yardım etdiyini vurğulayıb. Münaqişənin hələ də öz həllini tapmadığını söyləyən səfir Azərbaycanın Yaponiyaya bu formada öz təşəkkürünü bildirdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar