Tural Abbaslı BDU-dan xaric olundu
11 aprel 2011 21:23 (UTC +04:00)

Tural Abbaslı BDU-dan xaric olundu

APA-nın məlumatına görə, T. Abbaslı BDU-nun Jurnalistika fakültəsində magistr təhsili alıb.

BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə APA-ya açıqlamasında bildirib ki, T.Abbaslının universitetdən xaric olunması onun kəsirləri ilə bağlı olub. T. Abbaslının 2010/2011-ci tədris ilində 100 saatdan çox dərs buraxdığını deyən Y.Əlizadə onun 3 fəndən akademik borcunun yarandığını vurğulayıb: «Onun siyasi baxışı bizi maraqlandırmır. Bu günədək fakültəmizdə təhsil alıb və hər hansı maneçilik görməyib. Sadəcə olaraq kəsirlərini ləğv etmədiyinə görə universitetdən xaric edilib».

Dekan T.Abbaslının təhsil haqqını ödəmədiyini də deyib.

Xatırladaq ki, Tural Abbaslı 2 aprel aksiyaları zamanı həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar