Elmar Məmmədyarov Ukraynanın yeni səfirini qəbul edib
11 aprel 2011 18:15 (UTC +04:00)

Elmar Məmmədyarov Ukraynanın yeni səfirini qəbul edib

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən A.Mişenko ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan - Ukrayna əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulayıb.

Nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə ukraynalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar