Nobel ailəsinin Azərbaycana hədiyyəsi –
Lent.az-ın məlumatına görə, görüşdə Peter Oleinikoff, Anna Oleinikoff, Nils Oleinikoff, İren Oleinikoff, Filip Nobel və Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov iştirak edib. Lüdviq Nobelin ailəsi Əbülfəs Qarayevə Azərbaycanla bağlı tarixi faktlara əsaslanan çoxsaylı material və fotoşəkil təqdim edib. Görüş zamanı Azərbaycanın mədəniyyət və tarixindən ürəkdolusu danışan Nobelin kötücələri, ölkəmizin illər ərzində əldə etdiyi uğurlardan da söz açıblar.
Bu hadisəni çox yüksək qiymətləndirən Ə.Qarayev, Nobel mükafatının bütün dünyada ən şərəfli mükafat olduğunu deyib. O bildirib ki, son illər bu ailənin Azərbaycanla əlaqələrinin bərpa olunması böyük əhəmiyyət kəsb edir.
Ə.Qarayev Azərbaycanda Bakı Nobel İrsi Fondunun təsis olunduğunu da xatırladıb: “Bu fond vasitəsi ilə onların tikdikləri və yaşadıqları ev – “Villa petrole” tapıldı, yenidən bərpa olundu. Hazırda ora bir muzey kimi, xüsusi qəbullar, tədbirlər üçün fəaliyyət göstərir. Orada bu ailəyə məxsus çoxsaylı tarixi əşyalar nümayiş olunur. Bu dəfə bu ailənin nümayəndələri forumun işinə qatılmaq üçün Bakıya təşrif buyurmuşdular. Artıq 3-4 gündür ki, burada müxtəlif görüşlər keçirirlər. Bura isə Azərbaycan muzey şəbəkəsi üçün qiymətli tarixi sənədlər təqdim etmək üçün bura gəliblər”.
Nazir qeyd edib ki, bu sənədlər bir əsrdən artıqdır, saxlanılır və təqdim olunan sənədlər arasında heç arxivlərimizdə mövcud olmayan Bakının şəkilləri, neft sənayesinin inkişafı ilə bağlı materiallar mövcuddur: “Burada onların ailəsini, eyni zamanda Azərbaycanın neft tarixini əks etdirən çox maraqlı və dəyərli sənədlər var. Nəinki Azərbaycanın, eyni zamanda Rusiyanın və çar imperiyasının vaxtını əhatə edən faktlar da əksini tapır”.
Bu hadisəni Azərbaycan üçün böyük bir töhfə adlandıran mədəniyyət və turizm, bununla əlaqədar olaraq xüsusi bir işçi qrupunun yaradılacağını deyib. Ə.Qarayevin sözlərinə görə, bu işçi qrupunda alimlərimiz və tarixçilərimiz sənədlərə birgə baxaraq, təhlilini aparacaqlar. Müəyyən bir vaxtdan sonra isə bu tarixi sənədlər ictimaiyyətə təqdim olunacaq.
Xəyalə Muradlı

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29