Həmsədrlər aprelin 13-də Azərbaycana gələcəklər
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, vasitəçilər Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) bu gün və sabah İrəvanda dövlət başçısı Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. İrəvandakı görüşləri başa vurandan sonra Minsk Qrupu həmsədrlərinin aprelin 13-də Bakıya gələcəkləri gözlənilir.
Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya bildiriblər ki, vasitəçilərin Azərbaycan paytaxtında görüşləri nəzərdə tutulur və hazırda bu təmasların gündəliyi planlaşdırılır. Regiona səfər çərçivəsində həmsədrlərin Xankəndini də ziyarət edəcəkləri gözlənilir. İrəvan və Bakıda danışıqlar zamanı cəbhə xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi və dövlət başçılarının Soçi görüşü zamanı əldə olunmuş razılaşmaların icrası vəziyyəti müzakirə ediləcək.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29