Orxan Amaşov: “Kənardan Azərbaycan özünü təsdiqləmək qabiliyyəti olan ölkə kimi görünür” - MÜSAHİBƏ
Azərbaycanda son illər xarici ölkələrdə təhsil alan tələbələrimizin sayı artmaqdadır. Bu sahədə xüsusi dövlət proqramı da həyata keçirilir. Bəs bu tələbələrin qürbətdə günü necə keçir? Oradan Azərbaycan necə görünür? Böyük Britaniyada, Londonda (University Coliege London - UCL) hüquq fəlsəfəsi ixtisası üzrə təhsil alan Orxan Amaşov bu gənclərin Azərbaycanın inkişafında böyük rol oynayacağını söyləyir...
- İngiltərədəki azərbaycanlı tələbələrin günləri necə keçir?
- Azərbaycanlı tələbələrin həyatları əsasən universitet daxilində olur. Yeri gəlmişkən deyim ki, Əsası 1826-cı ildə qoyulan UCL (University College London) Londonun ən qədim təhsil ocağıdır. Dünya reytinqində 4-cü pillədə qərarlaşan universitet anqlo-sakson məkanında unikal mövqeyə malikdir. Mənəvi atası Jeremy Bentham olan bu ali məktəb müxtəlif dövrlərin ən radikal mütəfəkkirlərini yetişdirib. İngiltərədə ilk dəfə tələbələri dini, cinsi, irqi və siyasi ayrı-seçkilik olmadan qəbul edib. 30-dan çox Nobel mükafatçısı UCL-in məzunudur.
Tələbəlrin həyatında kitabxana çox mühüm yer tutur. Bəzən olur ki, tələbə səhər saat 8:00-dən axşam saat 12:00-a kimi kitabxanada olur. Azərbaycanlı tələbələr İngiltərədə öz daxili resurslarını, imkanlarını daha aydın şəkildə görə bilirlər. Azərbaycanda mövcud olan stereotiplərdən uzaqlaşırlar və bu, onlara peşəkar kimi çox irəli getməyə imkan verir. Eyni zamanda, onların insan kimi təkmilləşməsinə səbəb olur. Yəni söhbət tək peşəkar kimi yetişmələrindən yox, insan kimi özlərini tapmasından gedir.
Ona görə də hesab edirəm ki, mənim orada ünsiyyətdə olduğum insanlar kifayət qədər xoşbəxtdirlər və proqressiv insanlardırlar. Onların əksəriyyəti ilə ünsiyyətdə olanda bir işıq görürsünüz. O tələbələrdə Vətənə liberal patriotizm münasibəti var. Bu, köhnə sxematik patriotizm deyil. Başqa sözlə, daxildə başa düşülən və praktik fəaliyyətdə özünü göstərən patriotizmdir.
- Tələbələrimiz diaspor fəaliyyəti ilə məşğul olmağa, Azərbaycanı o ölkədə tanıtmağa nə dərəcədə meyllidirlər? Bu istiqamətdə təşkilatlanıb, nə isə edə bilirlərmi?
- Müqayisəli şəkildə baxsaq, 1990-cı illərdə azərbaycanlı tələbələrin İngiltərədə, xüsusilə Londonda mövqeləri kifayət qədər zəif olub. Bizim yüksəlişimiz ilk növbədə 21-ci əsrin ilk onilliyinə təsadüf edir. İngiltərədə tələbələr təşkilatlanmağa meyllidirlər. Amma hər hansı təşkilatın üzvü olmaq formal bir şey deyil. Azərbaycanlı tələbələr hər hansı məsələ ilə bağlı sadəcə, diskussiya etmir. Çalışırıq ki, öz mövqeyimizi universitet elitasına çatdıra bilək və universitet elitasında Azərbaycan barədə müsbət təsəvvür olsun. Ümumiyyətlə, azərbaycanlı gəncləri yüksək intellekt sahibi olan gənclər kimi tanısınlar. Məqsədimiz odur ki, Azərbaycanı böyük intellekt potensialına malik ölkə kimi tanıda bilək.
- Universitetdən kənarda Azərbaycanın problemlərini İngiltərə ictimaiyyətinə çatdırmaq üçün tələbələrimiz işlər görə bilirlərmi?
- Bir çox böyük təşkilatlarla işləyirik. Bu yaxınlarda Xocalı faciəsinin ildönümü ilə əlaqədar olaraq azərbaycanlı tələbələr Trafalqar meydanın Vestministrə qədər yol qət etdilər, etirazlarını aksiya formasında ortaya qoydular.
Eyni zamanda bizim müəllimlərimizlə çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər hesabına biz Xocalı soyqırımı ilə bağlı məsələnin bizim gündəliyə salınmasına çalışırıq. Əgər tarix fakültəsində 20-ci əsrin tarixi, genosidlərlə bağlı xüsusi bölmə varsa, tələbələrimiz xüsusi olaraq tələb edirlər ki, Azərbaycanla bağlı məqamlar obyektiv çatdırılsın. Bunu da yalnız müəllimlərlə yaxşı münasibəti olan tələbələr edə bilərlər.
- Londonda erməni tələbələrlə həqiqətlərimizin yayılması istiqamətində mübarizə necə gedir?
- Ermənilərlə çox gərgin mübarizə gedir. Biz uzun illər bu məsələdə geri qalmışıq. Xüsusilə sovet dövründə ABŞ və Avropa ölkələrində yaşayan ermənilər kifayət qədər mövqelərini möhkəmləndirə biliblər. Baxmayaraq ki. həmin erməni tələbələrin çoxu heç erməni dilində yaxşı danışa bilməyib, sonradan öyrəniblər. Ancaq həmin erməni tələbələr Ermənistanla bağlı inandıqları məqamları universitetlərdə professorlara çatdırmağa çalışıblar və ali məktəblərdə Erməni Mərkəzi yaratmaq istiqamətində iş aparıblar. Məsələn, Londonda SOAS Universitetində Erməni Mərkəzi yaradıblar. Biz buna kontur addım kimi UCL Universitetində Azərbaycan Mərkəzinin yaradılmasına çalışırıq.
Hesab edirəm ki, son 7-8 ildə ermənilərlə bu sahədə fərqi azaltmışıq və indi demək olar ki, bərabər səviyyədə mübarizə aparırıq.
- Azərbaycan xaricdən necə görünür?
- Azərbaycanın daxilində yaşayan zaman hər şey sənə toxunur. Hadisələrə, proseslərə real, soyuq qiymət verə bilmirsən. Kənardan isə sən Azərbaycanın müsbət və mənfi keyfiyyətlərini daha dəqiq görürsən. Mənim üçün Azərbaycan kənardan özünü tapmaqda olan, problemlərini həll etmək üçün ciddi daxili resurslara sahib olan və özünü təsdiqləmək qabiliyyəti olan bir ölkə kimi görünür.
- Xaricdə oxuyan tələbələr Azərbaycanın inkişafı üçün nə verə biləcəklər?
- Xaricdə oxuyan tələbələr Azərbaycanın inkişafı üçün çox şey edə bilərlər və artıq verməyə, öz imkanlarını ifadə edirlər. İlk növbədə bir məqama toxunmaq istəyirəm. Hesab edirəm ki, bu, sualın cavabı üçün açar rolunu oynaya bilər. İngiltərədə universitet sistemində müəllimlərlə tələbələr arasında münasibətlər çox fərqli qurulub. Müəllim tələbəyə şagird kimi yox, daha çox opponent kimi baxır. Müəllimlər baxışlarının tələbələr tərəfindən məqalələrdə tənqid olunmasına çox sevinirlər. Çünki gözəl başa düşürlər ki, mövqelərinin gələcəkdə işıqlandırılması və həyati qüvvə əldə etməsi üçün tələbələr tərəfindən tənqid mütləqdir. Məsələn, mənə universitetdə dünyanın bu sahə üzrə ən böyük mütəxəssisləri dərs deyirlər. Professor Dvorkin bu sahənin böyük mütəxəssislərindən biridir. O, öz müəllimi Hartın nəzəriyyəsini tənqid edərək, özü bir məktəb formalaşdırıb. Hart buna çox sevinib. Hart 20-ci əsrin birinci yarısının ən böyük hüquqşünasıdır. Dvorkin isə 20-ci əsrin ikinci yarısının ən böyük hüquqşünasıdır. Onlar arasında məşhur Hart-Dvorkin debatı var. Bu, hüquq fəlsəfəsinin mərkəzi mövzusudur. Məsələn, mənim tezisim Dvorkinin əsərinin tənqidinə yönəlib və bunun üzərində işləyirəm. Professor Dvorkin bu barədə eşidəndə çox sevindi və ona tənqidi yanaşdığımız üçün təşəkkür etdi.
Mənə elə gəlir ki, biz Azərbaycanda bu istiqamətdə lazım olan səviyyəyə çatmamışıq. Ola bilsin, universitet səviyyəsində bu cür tənqidlərdən qorxuruq. Amma belə tənqidlərin arealı artmağa doğru gedir. Məncə, xaricdə oxuyan, opponentlik, mübarizə mühitindən bəhrələnən insanlar inkişafı üçün çox prinsipial rol oynayacaqlar. Təbii ki, burada individual məqam da var. Ola bilsin ki, o tələbələrin müəyyən qismi həmin keyfiyyətlərini sonradan fərqli, bizim üçün məqbul olmayan istiqamətə yönəldə bilərlər. Amma o keyfiyyətlər lazımi istiqamətə yönələndə, o tələbələr Azərbaycan üçün sərvət olacaqlar.
- Necə hesab edirsiniz, xaricdəki tələbələrimizin əksəriyyəti sonradan Azərbaycana qayıdacaqlarmı? Müşahidələriniz nə göstərir?
- Müşahidələrimə görə, əksəriyyət geri qayıdacaq. Çünki gözəl başa düşürlər ki, Azərbaycan onlar üçün ideal ölkədir. Ona görə ideal ölkədir ki, burada onlar tələbat var. Əgər London hüquqşünaslar bazarında rəqabətə daxil olursunuzsa, sizin orada qalib gəlmək şansınız Azərbaycandakından azdır. Bu, məsələnin praqmatik tərəfidir. Digər tərəfdən, səmimi şəkildə demək istəyirəm ki, oradakı mühitdə insan kifayət qədər azərbaycanlılaşır. Onlar daxillərinə qayıdırlar. Başa düşürlər ki, bir azərbaycanlı kimi onların mənsub olduqları dövlətçilik Bakıdan idarə olunur. Bu da bir qırılmaz əlaqə yaradır. Bu, çox prinsipial məqamdır. O məqam yalnız o insanlarda formalaşır ki, onlar yüksək daxili azadlıq ruhuna malikdirlər. O azadlıq ruhu liberal patriotizmə gətirib çıxarır. Bunu yüksək səviyyəyə çatmış, azadlığı anlayan və dövlətə münasibəti olan insan icra edə bilər. Mən o gənclərdən bunu gözləyirəm. Hesab edirəm ki, onların əsaslı qismi Azərbaycana qayıdacaq və ölkəmizin inkişafında rol oynayacaqlar.
Bir məqamı da deyim. Bəzi azərbaycanlılar başqa millətlərin daxilində özlərini unudurlar. Bu, çox ciddi məsələdir. Hər bir fərdin müəyyən məqamda Azərbaycan üçün etdiyi əməl qlobal nəticələrə səbəb ola bilər. Mən həmişə yoldaşlarımla danışanda da onlarda Azərbaycan haqqında liberal, inkişafa meylli ölkə təsəvvürü yaratmağa çalışıram. Bu, çox böyük effekt verir. Mənim İngiltərədə oxuyan bir qrup yəhudi dostum var idi, İngilis Yəhudi Cəmiyyətinin üzvləri idilər. Onlar Azərbaycanla çox maraqlanırdılar. Mən onlara bildirdim ki, Azərbaycanda antisemitizm yoxdur, bu sahədə çox irəli getmişik, ölkəmizdə yəhudilərə münasibət çox müsbətdir, ümumiyyətlə, tolerant xalqıq. Mən bir müddətdən sonra gördüm ki, o yəhudilər Azərbaycanın Dostları Cəmiyyətinə üzv yazıldılar. Onların Dağlıq Qarabağ məsələsinə münasibəti də daha çox balanslaşıb. Ona görə də hər intellektual şəxsin bu istiqamətdə praqmatik mövqeyi olmalıdır. Təəssüflər olsun ki, bu istiqamətdə müəyyən problemlər görürəm. İnsanlar bəzən inanmırlar ki, onların atacaqları addım hər hansı nəticəyə səbəb ola bilər.
Yeri gəlmişkən, Qərbdə millətçiliyə münasibət çox mənfidir. Amma millətçilik deyəndə nasizmdən söhbət getmir. Söhbət millətini sevməkdən gedir. Mənim təsəvvürümdə canlandırdığım ideal azərbaycanlı daxilində millətçiliyini qoruyan, amma çox gözəl liberal görüntüsü olan insandır. Bu insan dünyanı gedişini anlamalı, qlobal dəyərlərlə danışmalı, amma daxilində millətçiliyini saxlayır. Dünyanı idarə edən böyük xalqlar da məhz bu psixoloji struktura malikdirlər. Onlar çox gözəl bilirlər ki, müəyyən məqamlarda güzəştə getmək olmaz. Məsələn, biz bilirik ki, Dağlıq Qarabağ məsələsində güzəştə gedə bilmərik. Çünki torpaq yenidən yaranmır. Ona görə də millətçi olmalı, öz liberal görkəmimizi saxlamalıyıq.
- Əsl tələbə sualı: xarici mətbəxə uyğunlaşa bilirsiniz, yoxsa Azərbaycan mətbəxi üçün darıxırsınız?
- London çox kosmopolit şəhərdir. Hətta orada yaşayan etnik qrupların sayına görə Nyu-Yorkdan da kosmopolitdir. Ona görə də bu şəhərdə istənilən mətbəxi tapa bilərsiniz. Azərbaycan mətbəxi Türkiyə və İran mətbəxinə yaxın olduğu üçün Londonda həmin mağazalardan o ərzaqları ala bilərsiniz. Amma mən bununla belə, müəyyən qidaları alarkən sönüklük hiss edirəm. Azərbaycanda olduğu kimi dadlı gəlmir. Mən Londonda mətbəxlə bağlı xüsusi problem yaşamıram, amma Azərbaycandakı kimi sağlıqlı qidalanmıram. Sərbəstliyə, oxumağa görə çox vaxt sağlamlığının qeydinə qalmırsan. Səhər saat 9-dan axşam saat 9-a kimi kitabxana olursansa, həmin məqamda hansı qidanı qəbul etməyin səni maraqlandırmır. Çalışırsan ki, tələbatını ödəyəcək bir şey yeyəsən.
Ramiz Mikayıloğlu

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29