Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları görüşəcəklər
09 aprel 2011 11:30 (UTC +04:00)

Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları görüşəcəklər

0
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, belə bir görüşün tezliklə keçiriləcəyi gözlənilir: «Nazirlərin görüşündən sonra isə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər».

P.Bülbüloğlu həmçinin Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa növbəti səfəri ilə bağlı sualı da cavablandırıb: «Belə bir fikir var, lakin hələ bu səfəri gerçəkləşdirə bilməmişik».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 567

Oxşar yazılar