Elmar Məmmədyarov Avropa Parlamentinin fransalı deputatını qəbul edib
08 aprel 2011 19:13 (UTC +04:00)

Elmar Məmmədyarov Avropa Parlamentinin fransalı deputatını qəbul edib

XİN-in mətbuat xidmətindən Lent.az-a veroilən məlumata görə, Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edən xanım R.Dati Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumuna qatıldığını və tədbirdə iştirakı, keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşüb.

Avropa Parlamentinin üzvünü salamlayan E.Məmmədyarov qonağa Azərbaycanın Avropa Birliyi ilə münasibətləri, Azərbaycanın iştirakı ilə həyata keçirilən regional enerji və infrastruktur layihələri və Azərbaycanın iqtisadi inkişaf perspektivləri barədə məlumat verib. Enerji məsələlərinin müzakirəsi zamanı Cənub Dəhlizinə aid enerji layihələr diqqət mərkəzində olub.

R.Dati Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsində bu əhəmiyyətli və strateji layihələrin mühüm rol oynayacağını vurğulayıb. O, bu layihələrin gerçəkləşməsi ilə bağlı nikbin olduğunu qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq kəsb edən digər regional məsələlər də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar