TÜRKSOY-un baş katibi Diasporla İş üzrə Dövlət Komitəsində olub
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nazim İbrahimov TÜRKSOY-un türkdilli xalqların mədəniyyətinin təbliğ olunması, onlar arasında mədəniyyət, incəsənət və təhsil sahəsində mövcud əlaqələrin və mənəvi bağların daha da möhkəmlənməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Dövlət Komitəsinin sədri TÜRKSOY-un təşkilatçılığı ilə 2011-ci il martın 24-də Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Novruz bayramının qeyd olunmasının böyük müsbət rezonans yaratdığını qeyd edib və həmin tədbirin keçirilməsinə görə qurumun Baş katibi Dusein Kaseinova öz təşəkkürünü çatdırıb.
Düsen Kaseinov Nyu-Yorkda keçirilən Novruz bayramı münasibəti ilə keçirilən tədbirə ABŞ-dakı Azərbaycan diasporunun böyük dəstək verdiyini bildirib. O, ABŞ-da azərbaycanlıların yaxşı təşkilatlandıqlarını dilə gətirib və bunu Azərbaycan dövlətinin diasporun formalaşdırılması və gücləndirilməsinə göstərdiyi qayğı ilə əlaqələndirib. Düsen Kaseinov ABŞ-da olduğu kimi Avropada da güclü Azərbaycan diasporunun olduğunu söyləyib. O, Azərbaycan diasporu və TÜRKSOY-un ümumi potensialından istifadə edərək birgə tədbirlərin keçirilməsini məqsədəuyğun sayıb. Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi və TÜRKSOY illik proqramlarında birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı bəndlər daxil edərlərsə, bu, səmərəli əməkdaşlıq üçün əlverişli zəmin yaradacaq.
Nazim İbrahimov isə deyib ki, Azərbaycan diasporunun türkdilli xalqların mədəniyyəti və incəsənətinin təbliği işində TÜRKSOY-la əməkdaşlığı hər iki tərəf üçün faydalı olacaq.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29