Səfər Əbiyev Türkiyədə sərt bəyanat verdi
Türkiyədə səfərdə olan müdafiə naziri Səfər Əbiyev bu ölkənin müdafiə naziri Vecdi Könüllə görüşüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdən əvvəl jurnalistlərə açıqlama verən Vecdi Könül deyib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.
Türkiyənin müdafiə naziri Azərbaycanın inkişaf edən, çox böyük uğurlara imza atan, bölgənin həm iqtisadi, həm siyasi, həm də hərbi güc mərkəzi olan bir ölkəyə çevrildiyini söyləyib: “Görüşümüzdə hər iki ölkəni maraqlandıran məsələləri, Dağlıq Qarabağ problemini müzakirə edəcəyik. Müdafiə sənayesi, hərbi təlim, birgə hərbi təlimlərdə iştirak məsələləri də müzakirələrdə ön planda olacaq”.
Səfər Əbiyev isə iki ölkə arasında hər hansı problem olmadığını, Ankaranın hər zaman Azərbaycanı dəstəklədiyini dilə gətirib və Türkiyəyə bu mövqeyinə görə təşəkkür edib. Torpaqlarımızın 20 faizinin işğal altında olduğunu bildirən Səfər Əbiyev sülh danışıqlarının davam etdiyini, Azərbaycanın bir qarış torpağından belə vaz keçməyəcəyini vurğulayıb: “Azərbaycan bütün gücünü səfərbər edərək, Silahlı Qüvvələrini hazır vəziyyətə gətirərək, lazım olan vaxtda torpaqlarını azad edəcək. Ermənistan Silahlı Qüvvələri heç bir şərt olmadan Azərbaycan torpaqlarından çıxmalıdır”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29