Arif Məmmədov: “Bizim üçün siyasi məhbus məsələsi bitib”
08 aprel 2011 15:39 (UTC +04:00)

Arif Məmmədov: “Bizim üçün siyasi məhbus məsələsi bitib”

“Kristofer Ştrasser Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi kimi deyil, Bundestaqın deputatı, yaxud AŞPA üzvü kimi gələ bilər”. APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədova məxsusdur. Səfir bildirib ki, Azərbaycan siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması ilə razı deyil: “Çünki Avropa Şurasında “siyasi məhbus” anlayışının mahiyyəti hələ dəqiq müəyyənləşdirilməyib. Ermənistanda siyasi baxışlarına görə həbsdə yatan onlarla məhbus var, amma bu ölkədəki siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin olunmayıb. Kristofer Ştrasser çox savadlı deputatdır, Azərbaycan səfiri onunla Berlində görüşüb. Bizim ona qarşı hər hansı şəxsi iddiamız yoxdur. Lakin bizim üçün siyasi məhbus məsələsi bitib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286

Oxşar yazılar