Elmar Məmmədyarov AŞ PA sədrini qəbul edib
07 aprel 2011 19:11 (UTC +04:00)

Elmar Məmmədyarov AŞ PA sədrini qəbul edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkəmizin AŞ PA ilə sıx əməkdaşlıq etdiyini qeyd edən Elmar Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini söyləyib.

Azərbaycanın xarici siyasətinin əsas prioriteti olan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən Elmar Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümükün olduğunu vurğulayıb. Bu xüsusda AŞ PA Bürosunda Dağlıq Qarabağ üzrə alt komitənin işinin bərpasına dair planları yüksək dəyərləndirən xarici işlər naziri Azərbaycan tərəfinin bu təşəbbüsü tamamilə dəstəklədiyini bildirib. O, AŞ PA-nın bu istiqamətdə səylərini davam etdirməsini zəruri sayıb.

Mövlud Çavuşoğlu isə bu günlərdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun işində iştirak üçün dəvət almasından məmnun olduğunu dilə gətirib. O, Forumumun və bu kimi tədbirlərin dünyada baş qaldıran dini, milli dözümsüzlük və digər təhlükə yaradan və neqativ halların qabağını alma prosesdə böyük rol oynadığını xüsusi qeyd edib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar