Elmar Məmmədyarov Kolumbiya Universitetində çıxış edib
Sentyabrın 22-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasına səfəri çərçivəsində Nyu-Yorkda yerləşən, dünyanın ən nüfuzlu təhsil müəssisələrindən olan Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Məsələlər Məktəbində (SİPA) “Azərbaycanın xarici siyasəti: təsir edən amillər və prioritetlər” mövzusunda çıxış edib. Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. Tədbiri ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın yeni müstəqil dövlətlər üzrə xüsusi elçisi, hazırda SİPA-nın professoru səfir Stefen Sestanoviç aparıb.
Nazir E.Məmmədyarov təqdimatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, münaqişənin həll olunmamasının regional və beynəlxalq vəziyyətə təsiri, nizamlanma prosesi və bununla bağlı ölkəmizin mövqeyi haqqında danışıb.
Xarici siyasətimizə təsir edən digər amillər kimi ölkəmizin geosiyasi yerləşməsi və zəngin təbii ehtiyatlarını qeyd edən nazir Azərbaycan rəhbərliyi tərəfindən bu iki amildən ölkənin regional və beynəlxalq əməkdaşlığı və iqtisadi inkişaf və sosial rifahının təmin edilməsi üçün uğurla faydalanması istiqamətində həyata keçirilən strategiya barədə, habelə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu regional və beynəlxalq əhəmiyyətli enerji və infrastruktur layihələri barədə məlumat verib.
E.Məmmədyarov beynəlxalq təhlükəsizliyin və asayişin təmin olunmasına Azərbaycanın verdiyi töhfə, bu xüsusda ölkəmizin Əfqanıstan və İraqda beynəlxalq sülhyaratma əməliyyatları çərçivəsində apardığı fəaliyyət, habelə həyata keçirdiyi mülki-infrastruktur, humanitar layihələr barədə danışıb.
Nazir E.Məmmədyarov həmçinin, ölkəmizin Avro-Atlantik strukturları, xüsusilə də NATO və Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində mövcud planlar və proqramlar barədə məlumat verib.
Sonra görüş sual-cavab şəklində davam etdirilib və nazir E.Məmmədyarov görüş iştirakçılarının ölkəmizdə və regionumuzda gedən proseslər barədə suallarına cavab verib.

416