PA şöbə müdiri: “Tələsməyə ehtiyac yoxdur”
18 sentyabr 2009 12:30 (UTC +04:00)

PA şöbə müdiri: “Tələsməyə ehtiyac yoxdur”

Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Azərbaycan hakimiyyəti ilə siyasi partiyalar arasında müzakirələrin aparılması gündəmdə deyil.

APA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Onun sözlərinə görə, bu yöndə mühüm məqamlar olduğu halda məsələ müzakirə obyektinə çevrilə bilər. E. Aslanov deyib ki, sərhədlərin açılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi öz mövqeyini bildirib: “Bir neçə gün əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ konfliktinin həllindən əvvəl baş verə bilməz. Hazırda həm Ermənistanda, həm də Türkiyədə bununla bağlı müzakirələr aparılır. Ona görə də tələsməyə ehtiyac yoxdur. Prosesi gözləyək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar