Parlamentin Təhlükəsizlik və müdafiə komitəsi toplaşdı
“BMT-nin işçi heyətinin və onunla bağlı heyətin təhlükəsizliyi haqqında Konvensiya”ya Fakültativ Protokolun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb
Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.
Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə,
parlament sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq parlamentin 2009-cu il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülmüş işlərdən danışıb.
O deyib ki, vətəndaşlardan daxil olmuş 95 ərizə və şikayət müvafiq qaydada araşdırılıb.
İclasda ötən sessiya dövründə görülən işlər barədə hesabat dinlənildikdən sonra “Birləşmiş Millətlər Təşkilatının (BMT) işçi heyətinin və onunla bağlı heyətin təhlükəsizliyi haqqında Konvensiya”ya Fakültativ Protokolun təsdiq edilməsi barədə qanun layihəsinə baxıldı. Qanun layihəsi ətrafında fikir mübadiləsindən sonra sənədin parlamentin müzakirəsinə çıxarılması qərara alınıb.
Deputatlar “Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizə sahəsində GUAM-ın iştirakçısı olan dövlətlərin Hökumətləri arasında əməkdaşlıq haqqında” 2002-ci il 20 iyul tarixli Saziş”ə dair Protokolun təsdiq edilməsi barədə, “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əlavə və dəyişiklik edilməsi barədə” qanun layihələrinə də baxıblar. Rəy və təkliflər dinlənildikdən sonra sənədlərin Milli Məclisin payız sessiyası iclasının gündəliyinə daxil edilməsi tövsiyə olunub.
Komitədə parlamentin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı barədə də fikir mübadiləsi aparılıb.

921