Səfir: “Şuşanın işğalında ABŞ-ın və İsrailin əli var”
09 fevral 2011 16:23 (UTC +04:00)

Səfir: “Şuşanın işğalında ABŞ-ın və İsrailin əli var”

0
“Mən hər iki ölkənin mətbuat nümayəndələrinə cənab İlham Əliyev və Mahmud Əhmədinejadın sözləri əsasında işləməyi təklif edirəm. Hər ölkədə naşı jurnalistlər var. Yaxşı olar ki, onlar diqqətli olsunlar”.


APA-nın xəbərinə görə, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib: “İki dost və qardaş ölkənin maraqlarına zərər gətirən verilişlər, proqramlar, məqalələr verilməsin. Bizim prezidentlər bir-birini “qardaş” deyə çağırır. Təbiidir ki, ABŞ və İsrail rejimləri İran və Azərbaycanın yaxınlaşmasından, mehribançılığından çox narahat olur. İran Qarabağ probleminin həllinə çalışır. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində İran Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək istəyibsə və bu arada Şuşa işğal olunubsa, burada ABŞ-ın və İsrailin əli var. Bunun diqqətlə araşdırılmasını istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 687

Oxşar yazılar