Ermənistan prezidenti Ərdoğanla görüşməyəcək
15 sentyabr 2009 10:30 (UTC +04:00)

Ermənistan prezidenti Ərdoğanla görüşməyəcək

“Həmin gün Serj Sərkisyan müstəqillik gününə həsr olunmuş tədbirlərdə iştirak edəcək”

Ermənistan prezidenti Serj Sərkisyanın sentyabrın 21-də ABŞ-ın Nyu-York şəhərinə nəzərdə tutulan səfər proqramında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüş nəzərdə tutulmayıb. Lent.az-ın “tert.am”-a istinadən məlumatına görə, bu haqda Sərkisyanın mətbuat katibi Samvel Fərmanyan açıqlama verib.

Fərmanyan Türkiyənin “Sabah” qəzetinin sentyabrın 21-də Nyu-Yorkda Ərdoğan – Sərkisyan görüşünün keçirilməsinin mümkünlüyü haqda yaydığı xəbərə münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan prezidentinin iş qrafikində belə bir görüş nəzərdə tutulmayıb: “Həmin gün Serj Sərkisyan Ermənistan Respublikasının Müstəqillik gününə həsr olunmuş ənənəvi bayram tədbirlərində iştirak edəcək”.

Qeyd edək ki, Ərdoğan iki ölkə arasında siyasi dialoq üçün Türkiyə və Ermənistan rəsmilərinin müxtəlif səviyyələrdə görüşlərinin keçirilməsinin nəzərdə tutulduğunu demişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar