Azərbaycan Prezidenti Rusiya Prezidentini təbrik edib
14 sentyabr 2009 16:29 (UTC +04:00)

Azərbaycan Prezidenti Rusiya Prezidentini təbrik edib

Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevə telefonla zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dövlət başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident Dmitri Medvedev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, iki ölkə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərimizin daha da möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Prezidentlər ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar