Məcburi köçkünlər bələdiyyə seçkilərinə qatılmayacaqlar
Məcburi köçkünlərin bu ilin sonunda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirakı müəyyənləşməyib.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, ümumiyyətlə dünya təcrübəsində məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması tapılmayıb: “Biz həmişə çalışırıq ki, onlar seçkilərdə iştirak etsinlər, amma bələdiyyələr yerli özünüidarəetmə orqanı olduğuna görə bu qurumları müəyyən yerlərdə daimi yaşayan insanlar formalaşdırmalıdırlar. Bu bir qədər incə məsələdir. Amma qanun belədir ki, iştirak etməməlidirlər”.

518