Türkiyə-Ermənistan sərhədləri açılır
01 sentyabr 2009 18:30 (UTC +04:00)

Türkiyə-Ermənistan sərhədləri açılır

İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan arasında razılaşdırılan və 6 həftə sonra imzalanması nəzərdə tutulan 2 protokoldan birinin mətni məlum olub.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası arasında diplomatik əlaqələrin qurulmamsına dair Protokol” adlanan sənəddə iki ölkə arasındakı mövcud sərhədlərin qarşılıqlı olaraq tanınması nəzərdə tutulur.

Razılaşdırılan protokola görə, iki ölkə diplomatik əlaqələr qurulması və qarşılıqlı olaraq diplomatik təmsilçiliklər açmaq məsələsində yekdil rəyə gəliblər.

Protokolda qeyd olunur ki, sənəd qüvvəyə mindikdən 2 ay sonra sərhədlər açılacaq və hər iki ölkənin xarici işlər nazirlikləri işçi qrupları yaradacaqlar.

3 ay sonra hökumətlərarası komissiyanın və alt komissiyaların işləmə mexanizmləri, statusları nazirlər səviyyəsində təsdiqlənəcək.

7 alt komissiya qurulacaq. Bura Siyasi Əlaqələr, Enerji, Hüquq, Elm və Təhsil, Ticarət, Turizm və İqtisadi Əlaqələr, Ekologiya, Tarix komissiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2071

Oxşar yazılar