Əli Əhmədov Madrid prinsiplərinin danışıqların arxada qalmış hissəsi olduğunu bildirib
‘Minsk qrupu ya özü haqqında rəyi dəyişməlir, ya da bütövlükdə fəaliyyətinə xitam verilməlidir”
Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov partiyanın rəsmi internet saytına müsahibəsində seçkilərdən kənarda qalan siyasi təşkilatın özünün mövcudluğunu sual altında qoyduğunu bildirib.
Lent.az-ın hakim partiyanın rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Əli Əhmədov deyib ki, bələdiyyə seçkilərində iştirak siyasi prartiyaların ictimaiyyət tərəfindən nə dərəcədə dəstəklənməsini təsdiqləyən amildir. Bu seçki partiyaların ölkənin bölgələrində də hansı imkanlara və dəstəyə malik olduğunu nümayiş etdirir.
YAP icracı katibi qeyd edib ki, yerlərdə ictimai dəstəyi olmayan partiyalar üçün payızda keçiriləcək bələdiyyə seçkilərində iştirak da çox çətin olacaq: “Seçkilərdə iştirak etmək üçün partiyaların yalnız Bakı şəhərində ofisinin olması şərt deyil, onların bölgələrdə də dayaqları olmalıdır. Əgər partiyalar seçkilərdə iştirak etməsə, deməli onların ictimai dayağı mövcud deyil. Hesab edirəm ki, özünə hörmət edən siyasi partiyalar bələdiyyə seçkilərində iştirak etmək haqqında düzgün qərar qəbul edəcəklər”.
O, YAP-ın bələdiyyə seçkilərində iştirak etmək istəyən partiyaları özünə təhlükə yarada biləcək rəqib hesab etmədiyini söyləyib: “Çünki YAP üzvlərinin sayı artıq yarım milyona çatıb. Ölkədə fəaliyyət göstərən digər partiyaların üzvlərinin isə sayını bir yerə toplasaq, onlar YAP üzvlərinin sayının kiçik bir faizini təşkil edə bilər”.
YAP icraçı katibi bələdiyyə seçkilərinə qədər Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsini də mümkünsüz sayıb: “Bələdiyyə seçkiləri dekabr ayında keçiriləcək. Səsvermə gününə 75 gün qalmış seçki kampaniyasına rəsmi start veriləcək. Parlamentin növbəti sessiyası isə oktyabrın 1-də başlayacaq. Bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsinə hər hansı dəyişiklik edilməsi niyyəti olsa da belə, vaxt baxımından bunu yerinə yetirmək mümkün deyil. Digər tərəfdən, Seçki Məcəlləsinə hansı dəiyşikliklərin edilməsindən söhbət gedir? Biz hesab edirik ki, bütövlükdə Azərbaycanın mövcud seçki qanunvericiliyi ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə tam təminat verir. Bu baxımdan, məcəlləyə ciddi dəyişikliklər edilməsinə ehtiyac görmürük”.
Əli Əhmədov Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara da toxunub. O deyib ki, son illər Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı çox ciddi narahatlıqlar ifadə olunurdu və cəmiyyətimizin böyük hissəsi Minsk qrupunun lüzumsuz bir quruma çevrildiyi barədə də açıq şəkildə fikir bildirirdi: “Əgər bu təşkilat cəmiyyətin hansısa probleminin həll edilməsi üçün yarınbsa və ona inamsızlıq varsa, bundan nəticə çıxarılmalıdır. Qurum ya özü haqqında rəyi dəyişməlidir, ya da bütövlükdə fəaliyyətinə xitam verilməlidir. Yəqin ki, vasitəçilik prosesində intensivliyin artırılması ilə Minsk qrupunun həmsədrləri sübut etməyə çalışırlar ki, bu quruma ehtiyac var. Canlanmanı müsbət qiymətləndirir və hesab edirik ki, bu, münaqişənin ədalətli şəkildə nizama salınması üçün ciddi addımların atılmasına gətirib çıxara biləcək”.
Əli Əhmədova görə, bəzi həmsədr dövlətlərin öz nümayəndələrini dəyişməsi məsələsi həm yuxarıda qeyd olunan amillə, həm də münaqişənin həllinə diqqətin artması ilə əlaqəli ola bilər: “Ümumiyyətlə, demək istəyirəm ki, Dağlıq Qarabağ probleminə münasibət 10-15 il bundan əvvəlki münasibət deyil. İndi beynəlxalq güclər ona başqa cür yanaşır. Mənim fikrimcə, bu münaqişənin başlanması vaxtilə maraqlı beynəlxalq güclərin bu regionda mövqelərinin möhkəmlənməsinə xidmət edirdi. İndi isə münaqişənin nizama salınması bu məqsədə xidmət edir”.
Azərbaycanın hərbi, iqtisadi və diplomatik qüdrətinin artdığını vurğulayan YAP icraçı katibi bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə əlaqədar əlverişli imkan yaranıb.
Qeyd edək ki, bir müddət öncə Madrid prinsiplərinin detalları ictimaiyyətə açıqlanıb. Bunun ardınca isə həmsədrlərin Krakov görüşündə bu prinsiplərin yeniləşdirilmiş variantı hazırlanıb. Bu məsələyə də münasibət bildirən Əli Əhmədov Azərbaycanın münaqişənin nizama salınması ilə əlaqədar mövqeyində heç bir dəyişiklik baş vermədiyini söyləyib: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar, Dağlıq Qarabağa isə yüksək özünüidarə statusu verilə bilər. Münaqişə tərəflərinin mövqelərinin yaxınlaşması Azərbaycanın öz prisiplərindən kənara çəkilməsi anlamına gətirə bilməz. Əksinə, mövqelərin yaxınlaşması Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi zərurətinin hamı tərəfindən, o cümlədən Ermənistan tərəfindən də dərk edilməsi anlamını daha çox və qətiyyətlə ifadə edir. Madrid prinsiplərinin açıqlanmasına gəlincə, fikrimcə, bu, danışıqların daha arxada qalmış hissəsidir. Çünki danışıqlar konfedensial şəkildə aparılır. Elan olunan prinsiplər, sadəcə olaraq ən ümumi yanaşmanı ifadə edir. Bu yanaşma münaqişənin ədalətli şəkildə həll edilməsi açarını tapmağa əsas yaradır. İstənilən halda münaqişə ədalətli həll olunmalıdır”.

544