“Eurovision”la bağlı məsələnin şişirdilməsində Ermənistan çox maraqlıdır” – MÜSAHİBƏ
Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun APA-ya müsahibəsi
- “Eurovision-2009” yarışmasında Ermənistana səs göndərmiş azərbaycanlılarla bağlı araşdırmaları və buna olan beynəlxalq reaksiyanı necə qiymətləndirirsiniz?
- Mən bilmirəm ki, bununla bağlı kimlər araşdırmalar aparır. Amma prinsip etibarı ilə mən də maraqlandım və gördüm ki, bu məsələ yenə də müəyyən mənada hansısa maraqlı tərəflərdən şişirdilir. Mən öyrəndim, söhbət heç də bu qədər deyilən səviyyədə mövqelərin hansısa təzyiq altında öyrənilməsindən getmir. Sadəcə olaraq, bunu nəzərə almaq lazımdır ki, Azərbaycan cəmi 18 illik müstəqilliyi olan gənc dövlətdir, məmurların hələlik o qədər də təcrübəsi zəngin deyil. Ona görə də bunun indi şişirdilməsində müxtəlif dairələr, xüsusilə də Ermənistan çox maraqlıdır. Məsələ heç də bir nəfərin dediyi və yaydığı kimi olmayıb. Mən belə hesab edirəm ki, Azərbaycanla bağlı başqa məsələlərdə olduğu kimi burada da sanki kimlər üçünsə bir kampaniya aparmaq imkanı yaranıb. Şübhəsiz ki, bununla bağlı məsələlərə diqqətli yanaşmaq lazımdır.
Azərbaycanın çox sülhsevər və tolerant dövlət olması nəinki region, hətta dünya miqyasında tanınır və qəbul olunur. Azərbaycanda on illər, yüz illərdir ki, bir sıra millətlərin nümayəndələri dost kimi yaşayır. Eləcə də ermənilər də burada uzun müddət yaşayıblar, lap Bakı şəhərində də, başqa yerlərdə də, elə indi də bu ölkədə 20 mindən artıq erməni yaşayır. Mən başa düşmürəm, erməni dairələri, başqa qərb mənbələri nə üçün bu 20 min erməninin Azərbaycanda yaşaması haqında heç bir söz demirlər? Amma Azərbaycanın imicinə zərbə vurmaq üçün fürsət düşəndə əllərindən gələni edirlər. Şübhəsiz ki, etnik təmizləmə prosesini xarici siyasətinin prinsiplərindən birinə çevirən Ermənistan və onun maraqlarından çıxış edən dairələrin əllərinə fürsət düşüb, Azərbaycanın əleyhinə məqsədli və qərəzli kampaniya aparırlar. Bununla bağlı ancaq təəssüflənmək olar.
- Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri gözlənilir. Bu səfər zamanı iki ölkə arasında hansı yeni əməkdaşlıq formalarının müzakirəsi gözlənilir?
- Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Bu əməkdaşlıq inkişaf edir və bunun hələ gələcəkdə də inkişaf perspektivləri mövcuddur. Amma hələlik bu səfərlə bağlı dəqiq məlumat verə bilməyəcəyəm. Bu barədə ilkin fikirlər var, ehtimallar var. Bu reallaşanda, dəqiq məlumat əldə ediləndə fikir bildirmək olar. Sadəcə olaraq Azərbaycan prezidenti orada səfərdə olub, Qazaxıstan prezidenti də burada. Bu səfərlərin təkrar edilməsi də əhəmiyyət daşıyır. İndiki halda da Qazaxıstanla ölkəmiz arasında enerji, iqtisadi, ticarət əlaqələri yaxşı inkişaf edib.
- Rusiya prezidenti Dimitri Medvedev Xəzər dənizi ətrafı ölkələrinin iqtisadi təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təklifi necə dəyərləndirirsiniz?
- Bununla bağlı hələlik qəti bir söz demək çətindir. Çünki Rusiya prezidenti bu təklifi bir-iki gün əvvəl Həştərxan şəhərində çıxış edərkən səsləndirilib. Əlbəttə bu maraqlı fikirdir, maraqlı ideyadır. Şübhəsiz ki, bunun öyrənilməsi, daha sonra mövqe bildirilməsi lazımdır. Amma mən düşünürəm ki, Medvedevin bu fikri bundan əvvəl daha mühüm bir işin həll olunmasına yönələ bilər. Yəni Xəzər ətrafında yerləşən dövlətlərin iqtisadi əməkdaşlıq təşkilatının yaradılmasından əvvəl Xəzərin özünün statusu ilə bağlı məsələ həll olunmalıdır. Düzdür, bu məsələ demək olar ki, üç ölkə arasında – Rusiya, Azərbaycan və Qazaxıstan arasında həll olunub. Ola bilsin ki, bu fikir həmin bu məsələnin həm də Türkmənistan və İran arasında həll edilməsinə kömək edə bilər. Məsələ ondadır ki, gərək əvvəlcə Xəzərin statusu müəyyən olunsun ki, ondan sonra o statusun əsasında Xəzərdən istifadə, Xəzərdə əməkdaşlıq, Xəzər iqtisadi əməkdaşlıq təşkilatının yaradılması ilə bağlı müzakirələrə getmək mümkün olsun. O zaman o əməkdaşlığın hansı prinsiplər üzərində qurulmasını müəyyənləşdirmək də asan olar.
- Şimali Qafqazda baş verən son terror hadisələrinin Azərbaycana hər hansı formada təsiri varmı?
- Əlbəttə, Şimali Qafqaz – Rusiya Federasiyasının cənubu Azərbaycanın şimalda ən yaxın sərhədidir. Azərbaycanla Rusiya arasında şimalda sərhəd kifayət qədər uzundur. Buna görə də Rusiyanın cənubunda baş verən hadisələrə biz çox həssas yanaşırıq. Əlbəttə ki orada baş verənlər bizi narahat edir. Bu hadisələr hamını təəssüfləndirir. Ümumiyyətlə, terror vasitəsi ilə hansısa məqsədlərə nail olmaq üçün atılan addımlar heç vaxt bəraət qazana bilməz. Biz həmişə terroru ittiham etmişik, buna görə də indi də müəyyən məqsədlərə terror vasitəsi ilə çatmaq istəyənləri ittiham edirik. Eyni zamanda Azərbaycanla sərhəd olduğu üçün Şimali Qafqazda baş verənlər bizi müəyyən mənada narahat edir. İstəmirik ki, Azərbaycanın şimalında, ümumilikdə bütün bu regionda sabitlik, təhlükəsizlik pozulsun.

869