Erməni ekspertdən sensasion iddia
Türkiyə öz hava məkanından Ermənistandakı rus hərbi bazasına silah-sursat daşınmasına icazə verib
Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru Riçard Qiraqosyan İrəvanda “Ermənistan-Türkiyə münasibətləri: keçmişdə və gələcəkdə” mövzusunda keçirilən seminarda sensasiyalı çıxış edib.
Lent.az-ın “panarmenian.net” internet saytına istinadən yaydığı məlumata görə, Riçard Qiraqosyan deyib ki, rus-gürcü müharibəsindən sonra Moskva və Ankara arasında məxfi razılaşma imzalanıb.
Riçard Qiraqosyan bildirib ki, həmin razılaşmaya əsasən, Türkiyə Rusiyaya Ermənistanda, Gümrüdə yerləşən rus hərbi bazasını silah və sursatla təchiz etmək üçün öz hava məkanından istifadə etməyə icazə verib.
Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru onu da deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması birinci növbədə Moskva üçün sərfəlidir, çünki Rusiya Ermənistanın bütün enerji sferasına nəzarət edir.

474