Latviya-Azərbaycan: əməkdaşlığın yeni mərhələsi
İki ölkənin hökumətlərarası komissiyası iqtisadiyyatın müxtəlif sahələrinə dair anlaşma sənədi imzaladı
Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib.
Lent.az-ın məlumatına görə, iclasda iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf səviyyəsi müzakirə edilib. Komissiyanın həmsədri, Nəqliyyat naziri Ziya Məmmədov son 5 il ərzində Azərbaycanda respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulmasına milyardlarla manat vəsaitin xərcləndiyini, ölkənin tranzit potensialının artırılması məqsədilə iri miqyaslı layihələrin həyata keçirildiyini deyib. Nazir həmçinin Azərbaycan-Latviya münasibətlərindən də danışıb. O, Azərbaycan hökumətinin Latviya ilə münasibətlərə çox böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin sürətli inkişafında maraqlı olduğunu qeyd edib.
Latviyanın nəqliyyat naziri Kaspars Gerhards isə komissiyanın işinin iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində böyük rol oynadığını deyib. Onun sözlərinə görə, ötən il Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsində 60,1 faiz artım qeydə alınıb. Mövcud potensial isə bundan artığına imkan verir.
Rəsmi hissədən sonra iclasda iqtisadiyyat, kənd təsərrüfatı, ekologiya, metrologiya və standartlaşdırma, tranzit və nəqliyyat, turizm, təhsil, idman, kommunikasiya və informasiya texnologiyaları, səhiyyə, bank sektoru sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu müzakirələrin sonunda sadalanan sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ümumi razılaşma protokolu imzalanıb.
Elxan SALAHOV

704