Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın iclası olub
11 avqust 2009 13:30 (UTC +04:00)

Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın iclası olub

İKənd təsərrüfatı, ekologiya, standartlaşdırma, nəqliyyat, turizm, təhsil, idman, kommunikasiya və informasiya texnologiyaları, səhiyyə, bank sektoru sahəsində ümumi razılaşma imzalanıb

Avqustun 11-də Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üçüncü iclası keçirilib.
Lent.az-ın Nəqliyyat Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Hökumətlərarası Komissiyanın həmsədri, nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan hökumətinin Latviya ilə münasibətlərə çox böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin daha da sürətlə inkişaf etməsində maraqlı olduğunu söyləyib.
Latviyalı həmsədr, nəqliyyat naziri Kaspars Gerhards da öz növbəsində Komissiyanın işinin iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində böyük rol oynayacağını vurğulayıb.
Bundan sonra Hökumətlərarası Komissiya işinə başlayıb. İclas iqtisadiyyat, kənd təsərrüfatı, ekologiya, metrologiya və standartlaşdırma, tranzit və nəqliyyat, turizm, təhsil, idman, kommunikasiya və informasiya texnologiyaları, səhiyyə, bank sektoru sahəsində ümumi razılaşmanın imzalanması ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar