Alla Puqaçova Dağlıq Qarabağda ermənilərin dini mərasiminə qatılacaq
SSRİ xalq artisti Alla Puqaçova Dağlıq Qarabağda kütləvi xaç suyuna salma mərasimində iştirak edəcək.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə mərasimim təşkilatçısı, mesenat Levon Ayrapetyan məlumat verib.
L.Ayrapetyan bildirib ki, A.Puqaçova 60 illik yubileyi ilə bağlı turne çərçivəsində Dağlıq Qarabağa gələcək: “Bu mərasimə kifayət qədər pul xərcləyəcəyik. Ola bilsin, bu pulla iki doğum evi tikə bilərdik. Amma bütün bunlar bayram atmosferinin, təsəvvürün yaradılması və Qarabağın artıq mövcud olan dövlət kimi tanınması üçündür”.
Bununla belə, L.Ayrapetyan qeyd edib ki, mərasimin konkret vaxtı bəlli deyil: “Hər şey Alla Puqaçovanın gəlişindən asılıdır. Amma böyük ehtimalla bu, sentyabrda olacaq”.
Qeyd edək ki, bu il sentyabrın 4-də Alla Puqaçovanın Heydər Əliyev Sarayında konserti nəzərdə tutulub. Müğənninin Bakı konsertinin təşkilatı dəstəyi isə Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur. Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva APA-ya açıqlamasında yazılan xəbərlərin həqiqətə uyğun olmadığına ümid etdiyini vurğulayıb: “Biz yazılanlardan xəbərsizik. Bu xəbərin həqiqət olduğuna inanmırıq. Güman ki, ermənilər Alla Puqaçovanın Bakıda konsert verəcəyini eşidib bu cür yanlış informasiyalar yayırlar ki, konsert baş tutmasın. Hamını təxribata çəkirlər ki, Azərbaycan cəmiyyətində çaşqınlıq düşsün. Onlar hər cür eybəcərliyə hazırdırlar, bu layihənin həyata keçməməsi üçün müxtəlif vasitələrə əl atırlar. Onların istəyi odur ki, konsertin keçirilməsinə mane olsunlar. Mən düşünmürəm ki, Alla Puqaçova belə bir addım atsın. Çünki o, hər zaman Bakını sevib və burada konsert verməyi çox istəyir. Alla Puqaçova çox ağıllı, müdrik, savadlı qadındır”.

1290