“Türkiyə-Rusiya ilə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir edəcək”
10 avqust 2009 12:45 (UTC +04:00)

“Türkiyə-Rusiya ilə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir edəcək”

Əhməd Davudoğlu: “Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaqda qərarlıdır və bu mövzuda təmaslarımız davam edir”

“Türkiyənin Rusiya ilə yaxınlaşması şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə müsbət təsir edəcək”. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Kanal 7”-də yayınlanan “Başkənd kulisi” proqramında çıxış edib.

Ə.Davudoğlu Qara dəniz və Qafqaz bölgələrini münaqişə zonası statusundan çıxarmaq istədiklərini və buna qadir olduqlarını vurğulayıb: “İstər Türkiyə-Ermənistan, istərsə də Ermənistan-Azərbaycan münasibətləri baxımından Türkiyənin Qafqazda perspektivləri var. Ona görə də Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaqda qərarlıdır və bu mövzuda təmaslarımız davam edir”.

Türkiyə XİN başçısı Rusiyanın baş naziri Vladimir Putinin avqustun 6-da türkiyəyə işgüzar səfəri zamanı Dağlıq Qarabağ məsələsinin də müzakirə olunduğunu bildirib: “Son vaxtlar Rusiya məsələ ilə bağlı önəmli addımlar atıb. Biz də bu addımları dəstəklədiyimizi qarşı tərəfin diqqətinə çatdırdıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar